Ramiz Novruz: "Heç kim elə bilməsin ki..."

Ramiz Novruz, Xalq artisti

Ramiz Novruz, Xalq artisti

24 avqust 2022
# 11:00

Ağır xəstəlikdən sağalan Xalq artisti Ramiz Novruz açıqlama yayıb.

Kulis.az xəbər verir ki, aktyor xəstə olduğu vaxtlar efirə çıxmaqdan imtina edib. O bildirib ki, görünüşü tamam dəyişib:

"Simam elə vəziyyətdə idi ki, deyə bilmirdim, utanırdım. O sifətdə efirdə görünmək istəmirdim. Düzəldim. Heç kim elə bilməsin ki, saymamazlıq etdim. Xəstəlik ucbatından əsəbi olduğumu bilib məni yola verənlərə minnətdaram. Bu ərəfədə mənlə maraqlanan hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, Xalq artistinin onkoloji xəstəlikdən əziyyət çəkdiyi deyilsə də o, haqqında çıxan xəbərləri təkzib etmişdi.

# 1841 dəfə oxunub

Müəllifin son yazıları

# # #