Rais Rəsulzadənin vəziyyəti açıqlandı

Rais Rəsulzadənin vəziyyəti açıqlandı
3 oktyabr 2023
# 12:11

Sentyabrın 21-də beyindaxili qansızma diaqnozu ilə TƏBİB-in tabeliyində olan Kliniki Tibbi Mərkəzə yerləşdirilən Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssam, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə xəstəxanadan evə buraxılacaq.

Bu barədə Kulis.az-a Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ruzbeh Məmməd məlumat verib.

Onun sözlərinə görə, lazımi tədbirlər görülüb:

"Hazırda Rais Rəsulzadənin vəziyyəti stabildir. Ambulator müalicə üçün evə buraxılacaq".

# 1198 dəfə oxunub

Müəllifin son yazıları

# # #