Məşhur diktor Rafiq Hüseynov haqqında filmin təqdimatı keçirildi.
Kulis.az xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən "Ekranın səsi" sənədli filminin ilk nümayişi keçirilib.
Təqdimatı giriş sözü ilə diktorun həyat yoldaşı Səbinə Hüseynova və qızı Leyli Hüseynli açaraq qonaqlara öz təşəkkürlərini bildiriblər. Daha sonra isə film təqdim olunub.
Film diktorun həyat və yaradıcılığından bəhs edir. Bir-birindən maraqlı və nadir kadrların fonunda Rafiq Hüseynovun həmkarları, yaxın dostları və həyat yoldaşı öz ürək sözlərini, xatirələrini nəql ediblər.
Qeyd edək ki, filmin ideya müəllifi Leyli Hüseynli, ssenari müəllifi və rejissoru Səbinə Hüseynovadır. Operator Kamal Məmmədovdur.