"Quzuların səssizliyi" filminin simvolu sərgiyə çıxarıldı

"Quzuların səssizliyi" filminin simvolu sərgiyə çıxarıldı
18 iyun 2026
# 16:51

Dövlət Darvin Muzeyində "Kəpənəklər. İllüziyalara baxmayaraq" adlı qeyri-adi sərgi açılıb.

Kulis.az xəbər verir ki, bu barədə muzeyin mətbuat xidməti məlumat yayıb.

Yeni ekspoziya həşəratlar aləmindəki optik illüziyalara, mimikriya və kamuflyaja həsr olunub. Sərginin ən diqqətçəkən eksponatlarından biri isə belində kəllə sümüyü təsviri olan "Acherontia atropos" kəpənəyidir.

Məhz bu nadir kəpənək növü vaxtilə baş rolda əfsanəvi Entoni Hopkinsin çəkildiyi məşhur "Quzuların səssizliyi" (Silence of the Lambs) filminin dəhşət saçan simvoluna çevrilmişdi.

Sərgidə zəngin kəpənək kolleksiyası ilə yanaşı, müasir rəssam və heykəltəraşların yaradıcılıq nümunələri də təqdim olunur. Ziyarətçilər keramika, heykəltəraşlıq, akvarel, kollaj və zərgərlik məmulatlarından tutmuş stimpank, video-installyasiyalar və kinetik mexanizmlərə qədər müxtəlif incəsənət inciləri ilə tanış ola biləcəklər.

# 80 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər