"Ucqar film"in istehsalı olan "Quşlara xütbə" filminin dünya premyerası Tokio Film Festivalında baş tutub.
Kulis.az xəbər verir ki, filmin rejissoru Hilal Baydarov nümayişdən sonra tamaşaçıların suallarına cavab verib.
Qeyd edək ki, Baydarov 2020-ci ildə çəkdiyi "Səpələnmiş ölümlər arasında" filmi ilə Beynəlxalq Venesiya Film Festivalının baş mükafatı "Qızıl aslan" üçün yarışıb.