"Queen"in musiqilərinin yer aldığı kataloq rekord qiymətə satıla bilər

"Queen"in musiqilərinin yer aldığı kataloq rekord qiymətə satıla bilər
20 fevral 2024
# 14:35

Dünyaca məşhur rok qrupu "Queen"in bütün musiqilərinin yer aldığı kataloqu rekord qiymətə satıla bilər.

Kulis.az xəbər verir ki, rok qrupunun mahnılarının yer aldığı musiqi arxivinin 1,2 milyard dollardan çox qiymətə satılacağı proqnozlaşdırılıb.

Qeyd edək ki, qrup "We Will Rock You", "Bohemian Rhapsody" və "I Want to Break Free" kimi mahnıları ilə məşhurluq qazanıb.

"Queen" Brayan Mey, Rocer Teylor və Freddi Merkuri tərəfindən yaradılıb.

# 534 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #