“Queen” qrupu bir milyard dinləmə sayına görə mükafat aldı

“Queen” qrupu bir milyard dinləmə sayına görə mükafat aldı
21 iyul 2023
# 14:00

Məşhur "Queen" rok qrupu Böyük Britaniyada bir milyard dinləmə sayına görə “Brit Billion Award” mükafatını alıb.

Kulis.az xəbər verir ki, hesablamanı "Charts" şirkəti aparıb.

Mükafatı alan qrup üzvləri Brayan Mey və Rocer Taylor çox şad olduqlarını qeyd ediblər.

Qeyd edək ki, "Queen" Britaniya musiqi tarixinin 'n uğurlu rok qruplarından biridir. Qrupun yüz milyonlarla pərəstişkarı var.

# 1254 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #