"Qremmi"də yeni qadağa

"Qremmi"də yeni qadağa
19 iyun 2023
# 10:00

ABŞ-ın Səsyazma Akademiyası yalnız süni intellekt tərəfindən yaradılan musiqinin Qremmi mükafatına vəsiqə qazanmasını qadağan edən yeni qayda tətbiq edib.

Kulis.az xəbər verir ki, bu barədə NME məlumat yayıb.

“İnsan müəllifliyi olmayan əsər heç bir kateqoriya üzrə namizəd ola və Qremmi qazana bilməz”, - deyə yeni qaydada vurğulanır.

Qeyd olunur ki, namizədlər süni intellektdən istifadə edərək musiqi yarada bilərlər, lakin əsərdə insan əli üstünlük təşkil etməlidir. Eyni zamanda, Akademiya süni intellektin musiqidə istifadəsini necə sübut edəcəyini, həmçinin insan və kompüter töhfələrinin bəstəyə nisbətinin necə qiymətləndiriləcəyini açıqlamayıb.

# 782 dəfə oxunub

Müəllifin son yazıları

# # #