Qonkur mükafatının qalibi açıqlandı

Moxammed Mbuqar Sarr

Moxammed Mbuqar Sarr

3 noyabr 2021
# 18:01

Fransanın ən nüfuzlu ədəbiyyat mükafatının bu ilki qalibi Seneqaldan olan yazıçı Moxammed Mbuqar Sarr olub.

Kulis.az rus mediasına istinadən xəbər verir ki, Qonkur akademiyası bu ilin ən yaxşı fransız dilli əsəri kimi müəllifin “Ən sirli xatirələr” romanını seçib.

Bu əsər 31 yaşlı müəllifin sayca dördüncü romanıdır. Əsərdə Parisdə yaşayan gənc seneqallı yazıçıdan bəhs olunur.

Tənqidçilər Mbuqar Sarrın romanını müstəmləkə dövrü, birinci dünya müharibəsi, Holokost haqqında həqiqət və təxəyyülün birləşdiyi xatirələr kimi qiymətləndiriblər.

Xatırladaq ki, ötən il Qonkur mükafatını “Anomaliya” adlı fantastika janrlı romanı ilə yazıçı Elve Le Tele qazanmışdı.

# 2833 dəfə oxunub

Müəllifin son yazıları

# # #