Azərbaycanda elektron musiqinin bayraqdarı hesab olunan “Solong” layihəsi ənənə və ideologiyasına sadiq qalaraq bu dəfə Qobustanda yeni şou-tədbirə hazırlaşır.
Kulis.az xəbər verir ki, iyunun 18-də Qobustan Dövlət Bədii-Tarixi Qoruğunda etnik və proqressiv musiqi tezliyində xarici və yerli DJ-lər çıxış edəcək.
Qeyd edək ki, “Back to origin” adı ilə təqdim olunan bu layihənin xüsusi xarici qonaqları dünyaca məşhur İsraildən Sahar Zangilevitch və Türkiyədən Murat Uncuoğludur. Yerli DJ-lərin siyahısında isə Elcheen, U-Who və Maya Aziz yer alıb.
Bu layihənin xüsusi konsertdə hazırlanmasının məqsədi ölkənin mədəni irsini beynəlxalq arenada yüksək səviyyədə təbliğ etməkdir.