“Qızıl balıq” tamaşası göstəriləcək

“Qızıl balıq” tamaşası göstəriləcək
23 sentyabr 2022
# 14:30

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Pərvinin “Qızıl balıq” (A.S.Puşkinin “Balıqçı və balığın nağılı” əsərinin motivləri əsasında) pyesi əsasında hazırlanan eyniadlı tamaşanı bu ay repertuara salıb.

Kulis.az xəbər verir ki, sentyabrın 25-də nümayiş ediləcək tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir. Səhnə tərtibatı Reyhan Aslanova və Şahin Hüseynliyə aiddir.

Səmimiyyət, mehribanlıq və zəhmətsevərlik kimi üstün keyfiyyətləri təlqin edən tamaşada qəhrəmanların simasında var-dövlətə, şan-şöhrətə hərisliyin gətirdiyi uğursuzluq aydın detallarla təqdim olunur. Bununla da rejissor balacalara sahib olduqları ilə kifayətlənməyib, acgözlük edən qarının timsalında xudbinlik və azğınlığın acı sonluğunu göstərməyə çalışır.

Rejissorun əsərin ideyasından irəli gələrək qabartdığı məqamlardan biri də rahat həyatın, xoş münasibətin yoxsulluqda da mümkün olmasıdır ki, bunu da balıqçının humanist, mehriban, həssas obrazında nümayiş etdirir.

# 1439 dəfə oxunub

Müəllifin son yazıları

# # #