"Mən istəyərdim ki, Azərbaycanda hamının evi olsun. Hamının ev almağına sevinərəm. Necə ki, hamının Şuşaya getməsinə sevinirdim. Şair, yazıçı və ya fəhlə fərqi yoxdur hamının evi olmalıdır".
Kulis.az xəbər verir ki, bu sözləri şair, publisist Qəşəm Nəcəfzadə ötən günlərdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ona ev hədiyyə etməsi ilə bağlı APA TV-yə müsahibəsində bildirib.
Şair müsahibədə, həmçinin, oğlu, yazıçı Kəramət Böyükçöllə bağlı sualları da cavablandırıb. Sözügedən müsahibəni təqdim edirik.