“Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir təşkil olunacaq

“Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət”  adlı tədbir təşkil olunacaq
31 avqust 2023
# 18:17

Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir təşkil olunacaq.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyi tərəfindən sentyabrın 3-də Heydər Əliyev Mərkəzinin qarşısında açıq məkanda Qərbi Azərbaycanın etno-mədəni mühitinin, habelə qeyri-maddi mədəni irsinin nümayiş olunması məqsədilə “Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir təşkil olunacaq.

Tədbir çərçivəsində Qərbi Azərbaycana məxsus milli geyim və mətbəx stendinin, gündəlik həyatda istifadə olunmuş məişət əşyalarının, seçilmiş tarixi abidələrin 3D maketlərinin nümayişi, yekunda isə qala konsertin keçirilməsi nəzərdə tutulur.

# 883 dəfə oxunub

Müəllifin son yazıları

# # #