Qənirə Paşayeva Prezident təqaüdünün yalnız AYB üzvlərinə verilməsinə münasibət bildirdi

Qənirə Paşayeva Prezident təqaüdünün yalnız AYB üzvlərinə verilməsinə münasibət bildirdi
2 sentyabr 2023
# 14:26

"Əgər müəlliflər - yazıçı və şairlər tərəfindən Milli Məclisə, yaxud elə Parlamentin Mədəniyyət Komitəsinə Prezident təqaüdü ilə bağlı hər hansısa bir müraciət olarsa, o zaman bu məsələyə baxıla bilər".

Kulis.az xəbər verir ki, bunu APA-nın "Niyə Prezident təqaüdü yalnız Azərbaycan Yazıçılar Birliyinə üzv müəlliflərə verilir?" sualına cavab olaraq, Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva deyib.

Deputat qeyd edib ki, parlament və parlamentin Mədəniyyət Komitəsi hər zaman bu cür təkliflərin müzakirəsinə baxmağa hazırdır: "Təbii ki, bu, yalnız müəlliflərin müraciət etdiyi təqdirdə baş verə bilər".

# 1426 dəfə oxunub

Müəllifin son yazıları

# # #