Qədim xalının Londona təqdim edilməsi qərarı mübahisələrə səbəb oldu

Qədim xalının Londona təqdim edilməsi qərarı mübahisələrə  səbəb oldu
22 avqust 2025
# 13:30

Fransa prezidenti Emmanuel Makronun qədim divar xalısı "Bayeux Tapestri"ni Londondakı "British Museum"a təqdim etməsi təklifi mübahisələrə səbəb olub.

Kulis.az xəbər verir ki, xalı İngiltərəyə gətirilərsə, bu, 900 ildən sonra ilk dəfə olacaq. Lakin bu qərara qarşı çıxanlar da çoxdur.

Platformaların birində isə addımın reallaşması üçün artıq 55.000 imza toplanıb.

Etiraz edənlərin ən əsas arqumenti isə sənət əsərinin həddindən çox həssas olmasıdır.

Qeyd edək ki, hazırda daşınma və sərgi ilə bağlı müzakirələr davam edir və qəti qərar hələ verilməyib.

# 80 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər