Qədim məbəddə astrofotoqrafiya layihəsi - Fotolar

Qədim məbəddə astrofotoqrafiya layihəsi - Fotolar
22 avqust 2026
# 14:30

Manisanın Salihli ərazisində yerləşən və Lidiyanın paytaxtı olmuş Sardes antik şəhərindəki Artemida məbədi unikal astrofotoqrafiya layihəsinə ev sahibliyi edib.

Kulis.az xəbər verir ki, əzəmətli məbədin sütunları Samanyolu qalaktikası və ulduz izləri ilə bir araya gələrək heyranedici görüntülər yaradıb.



Genişbucaqlı obyektivlər və xüsusi astrofotoqrafiya texnikası ilə bütün gecə davam edən çəkilişlər zamanı göy üzünü işıqlandıran bir neçə meteorid də obyektivə tuş gəlib.

Qütb ulduzu mərkəz götürülərək saatlar boyu aparılan uzunmüddətli çəkilişlər minillik tarixin üzərindən zamanın axışını nümayiş etdirib.

Gecə boyu ulduzların tarixi sütunlar üzərindəki hərəkəti fotoşəkillərlə yanaşı, taymlaps texnikası ilə hazırlanmış xüsusi video olaraq da lentə alınıb.


# 95 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər