"Qayınana" filminin ssenaristi vəfat etdi

"Qayınana" filminin ssenaristi vəfat etdi
6 yanvar 2026
# 10:40

Ssenarist Marqarita Maleyeva 89 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə aktyor Cavanşir Hadiyev sosial şəbəkə hesabında məlumat yayıb.

Qeyd edək ki, M.Maleyeva 1937-ci ildə anadan olub. O, Azərbaycan SSR xalq artisti, kinorejissor, ssenarist, mərhum aktyor Əjdər İbrahimovun həyat yoldaşı idi. M.Maleyeva xüsusilə “Qayınana” filmində ssenari müəllifi kimi iştirak edib. Filmin kinossenarisini rejissor Əjdər İbrahimovla birlikdə yazıb. Bundan başqa, o, “Qəribə adam”, “Narahat adam” və bir sıra filmlərin ssenari müəllifi olub.

Xatırladaq ki, Əjdər İbrahimov 1993-cü ildə, 74 yaşında vəfat edib.

.

# 166 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər