Qaranlıqda rastlaşdığım, ədalarından çaşdığım qadın - Vaqif Səmədoğlu

Qaranlıqda rastlaşdığım, ədalarından çaşdığım qadın  - Vaqif Səmədoğlu
12 oktyabr 2023
# 13:15

Kulis.az Vaqif Səmədoğlunun "Kölgə qadın" şeirini təqdim edir.

Salam
qaranlıqda rastlaşdığım,
ədalarından çaşdığım
qadın,
İri,
zövqsüz saatın
gündüzlər kölgə saldığı yerdə
dayanmışdım.
Kölgə qadın.
kölgə insan,
Yadındamı?
Yadındamı əlini sıxdığım o gecənin adı?
Sarılma həvəsi,
taksi,
konyak qoxuyan insan nəfəsi.

# 1164 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #