“Qarabağda yenidən doğan günəş” adlı fotosərgi keçiriləcək

“Qarabağda yenidən doğan günəş”  adlı fotosərgi keçiriləcək
19 fevral 2024
# 16:00

Fevralın 20-də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Turan” kitabxanasında özbəkistanlı fotomüxbir Husniddin Atoevin “Qarabağda yenidən doğan günəş” adlı fotosərgisi keçiriləcək.

Kulis.az xəbər verir ki, fotolar işğaldan azad olunmuş torpaqlara təşkil edilmiş mediatur çərçivəsində özbəkistanlı jurnalistlər tərəfindən çəkilib. Fotolarda Ağdam, Şuşa, Füzuli şəhərlərinin, kənd və qəsəbələrimizin erməni işğalı nəticəsində dağıdılmış vəziyyəti və işğaldan sonra sözügedən ərazilərdə dövlətimiz tərəfindən aparılan quruculuq işləri əks olunub.

Tədbir çərçivəsində, həmçinin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin 2020-ci ilin fevralında elan etdiyi “Qarabağ Azərbaycan mədəniyyətinin beşiyidir” adlı müsabiqənin qalibləri - azərbaycanlı şair Oqtay İsmayıllının “Mələklərin soyqırımı” və Özbəkistanın tanınmış şairi, yazıçı-publisist Xasiyyət Rüstəmin “Adı Lalə idi o qızın” poemaları təqdim olunacaq.

Sözügedən əsərlər Azərbaycan və özbək dillərinə tərcümə olunub. “Qarabağda yenidən doğan günəş” sərgisi fevralın 26-dək davam edəcək.

# 641 dəfə oxunub

Müəllifin son yazıları

# # #