Qara Qarayevin yaradıcılığı haqqında yeni kitab

Qara Qarayevin yaradıcılığı haqqında yeni kitab
28 fevral 2024
# 09:40

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Yavər Neymətlinin “Qara Qarayevin violin konserti dünya musiqi mədəniyyəti kontekstində” kitabı çapdan çıxıb.

Kulis.az xəbər verir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev-Muzeyində Bakı Müasir Musiqi Cəmiyyəti ilə birgə nəşrin təqdimatı keçirilib.

Nəşrin ərsəyə gəlməsi haqqında danışan müəllif Yavər Neymətli apardığı araşdırmalar, əldə olunan maraqlı faktlar, arxiv materialları, topladığı rəylərdən söz açıb. Onun çıxışı Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Azərbaycan, Rusiya, Ukrayna, Estoniya və başqa respublikaların arxivlərindən əldə edilmiş materiallar əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.

Qeyd edək ki, tədbirdə Qara Qarayevin 60 illiyi münasibətilə çəkilmiş “Emalatxana” sənədli filmindən, “Violin və orkestr üçün konsert” əsərindən videofraqmentlər nümayiş etdirilib.

# 607 dəfə oxunub

Müəllifin son yazıları

# # #