"Qanun"da növbəti “Kitab söhbəti”: “Uşaqlar üçün qeyri-səlis məntiq”

"Qanun"da növbəti “Kitab söhbəti”: “Uşaqlar üçün qeyri-səlis məntiq”
16 yanvar 2026
# 15:40

"Qanun" nəşriyyatında növbəti “Kitab söhbəti” keçiriləcək.

Kulis.az xəbər verir ki, görüş “Uşaqlar üçün qeyri-səlis məntiq” kitabına həsr olunacaq.

Tədbirdə tanınmış alim və ziyalılar – Kamal Abdulla, Rafiq Əliyev və Ziya Selcuq iştirak edəcəklər.

Görüş çərçivəsində kitabın ideya xətti, uşaqlar üçün məntiq anlayışının sadə və anlaşılan formada təqdim olunması, müasir təhsil və düşüncə modelləri ətrafında müzakirələr aparılacaq.

“Kitab söhbəti” oxucular üçün açıq formatda təşkil olunacaq.

Tədbir 17 yanvar 2026-cı il, saat 12:00-da "Qanun" nəşriyyatında (Tbilisi prospekti 76.Tbilisi prospekti 76.) baş tutacaq.

Məkana istiqamət üçün ünvanın QR kodundan istifadə etmək mümkündür.

# 122 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər