Qalkinin konsertləri ləğv edildi

Qalkinin konsertləri ləğv edildi
16 yanvar 2024
# 13:30

Müğənni Maksim Qalkinin Taylandda verəcəyi iki konsert ləğv edilib.

Kulis.az xəbər verir ki, onun yanvarın 24-ü və 25-nə planlaşdırılan konsertinin biletləri artıq təşkilatçılar tərəfindən satışdan çıxarılıb.

Konsertlərin ləğv edilməsinin dəqiq səbəbi açıqlanmayıb.

Qeyd edək ki, ötən gün sənətçinin Birləşmiş Ərəb Əmirliklərindəki konserti zamanı verdiyi siyasi bəyanatlara görə 100 min dirhəm cərimələndiyi məlum olmuşdu.

# 593 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #