Qalib layihələrin maliyyələşməsinə start verildi

Qalib layihələrin maliyyələşməsinə start verildi
29 may 2024
# 14:30

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən keçirilən 2023-2024-cü illərdə istehsal olunmaq üçün film layihələri müsabiqəsində tələbə filmləri kateqoriyaları üzrə qalib gələn layihələrin maliyyələşməsinə start verilib.

Kulis.az xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən “Tədris-Film” Kinostudiyası istehsalçısı olduğu “Starın hekayəsi”, “Şirin yuxu”, “Tullantılar dünyası”, “Ailə tablosu”, “Biçilmiş don”, “Çağrılmamış qonaq”, “İnam”, “Balıqçı kafesində görüş”,“Dəyişə bilməyən adam”, “Düşmüş mələk”, “Fundament”, “Mühafiz” filmləri tələbələr tərəfindən ərsəyə gətiriləcək.

Qeyd edək ki, tələbə filmləri kateqoriyalarının kuratoru əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərov tələbələrin çəkiliş və hazırlıq prosesinə cəlb olunub.

# 355 dəfə oxunub

Müəllifin son yazıları

# # #