Qahirə Beynəlxalq Kitab Sərgisi işə başlayıb

Qahirə Beynəlxalq Kitab Sərgisi  işə başlayıb
27 yanvar 2023
# 10:40

Yanvarın 26-da Misir Ərəb Respublikasının Qahirə şəhərində 54-cü Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb.

Kulis.az xəbər verir ki, bu barədə Azərbaycanın Misirdəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, fevralın 5-dək davam edəcək sərginin açılış mərasimində bu ölkənin Baş naziri Mustafa Mədbuli iştirak edib, sərginin işinə və iştirakçılara uğurlar arzulayıb.

Sərgidə Azərbaycan üçün ayrılmış pavilyonda ölkəmizin mədəniyyətini, tarixini, coğrafiyasını, ədəbiyyatını təbliğ edən kitablar və jurnallar nümayiş etdirilir.

# 1116 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #