Qadın məhkum 43 il sonra bəraət aldı

Qadın məhkum 43 il sonra bəraət aldı
23 iyul 2024
# 18:45

ABŞ-da etmədiyi cinayətə görə həbs olunan Sandra Hemme 43 il sonra azadlığa buraxılıb.

Kulis.az Lent.az-a istinadla bildirir ki, Hemme 1980-ci ildə 20 yaşında ikən kitabxanada işləyən Patrikia Yeşkeni bıçaqlayaraq, öldürmək ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilib. Hemme yalnız psixiatriya xəstəxanasında ağır sakitləşdirici dərmanın təsiri altında hadisəni etiraf edib. Bundan başqa onun qətldə
əli olduğunu göstərən sübut olmayıb.

İndi Hemmenin ABŞ tarixində haqsız yerə ən uzun müddət həbsdə qalan şəxs olduğu bildirilir.

# 702 dəfə oxunub

Müəllifin son yazıları

# # #