Ədəbiyyatda elə tanınmış simalar var ki, onların yolu əvvəlcə tamam başqa peşədən keçib.
Kulis.az fərqli peşə sahibi olmuş 10 yazıçını təqdim edir.

Xorxe Luis Borxes
Tanınmış Argentina yazıçısı Buenos-Ayresdə bələdiyyə kitabxanasında assistent işləyib, sonra isə karyerasında yüksələrək hətta Milli Kitabxananın direktoru vəzifəsinədək yüksəlib. Borxes işini heç vaxt tərk etmək istəməyib. Deyirmiş ki, kitabxanadakı işi onu yaradıcılığa ruhlandırır. Borxes qocaldıqdan sonra görmə qabiliyyətini itirib və özü-özünü zarafatla "kor kitabxanaçı" adlandırıb.

Aqata Kristi
1914-cü ildə Böyük Britaniya Almaniyaya müharibə elan etdikdə Aqata Kristi könüllü yardım qrupuna qoşulub və dörd il ərzində heç bir ödəniş almadan əczaçı köməkçisi kimi çalışıb.
Daha sonra, təxminən iki il də bu sahədə işləməyə davam edib. Əczaçılıq təcrübəsindən 1920-ci ildə ABŞ-də nəşr olunan “Hercule Poirot” romanını yazarkən istifadə edib.

Çarlz Dikkens
Dünyaşöhrətli yazıçı fabrik işçisi işləyib. O, atası öldükdən sonra, cəmi 12 yaşında fabrikdə işləməyə başlayıb. Orada tanış olduğu və ona kömək edən Bob Fagin adlı iş yoldaşı sonradan onun ikinci kitabı “Oliver Tvist”də obrazlardan biri olub.
Daha sonra, Dikkens jurnalistika ilə məşğul olub və Londonda hüquq bürosunda işləməyə başlayıb.

Fyodor Dostoyevski
Ailəsinin təkidi ilə 1838-ci ildə cəmi 15 yaşında ikən qardaşı ilə birlikdə Nikolayev Hərbi Mühəndislik İnstitutuna göndərilən Fyodor Dostoyevski ədəbiyyata, dinə, incəsənətə və klassiklərə marağına görə institutda diqqətdən kənarda qalıb.
Təhsilini davam etdirərkən həm anasını, həm də atasını itirib. Məzun olduqdan sonra mühəndis işləməyə başlayıb.
Lakin onun ədəbiyyata marağı bu dövrdə də sönməyib. O, fransız dilindən tərcümələr etməyə başlayıb və 1843-cü ildə Balzakdan ilk tərcüməsini edib.
İlk romanı “Bədbəxt insanlar” 1846-cı ildə nəşr olunub.

Artur Konan Doyl
1876-cı ildən 1881-ci ilə qədər Edinburq Universitetində tibb təhsili alan Artur Konan Doyl təhsilini başa vurduqdan sonra Qərbi Afrikada gəmi həkimi işləyib.
1882-ci ildə İngiltərəyə qayıdaraq öz şəxsi klinikasını açıb və boş vaxtlarında hekayələr yazmağa başlayıb.
O, ilk romanı “The Mystery of Cloomber”i tamamlamasına baxmayaraq, əsər nəşr olunmayıb. Lakin 1887-ci ildə “A Study in Scarlet” yayımlandıqdan sonra onun yazıçılıq karyerası başlayıb.
_1760532109.webp)
Con Qolsuorsi
Əslində, hüquq təhsili alan Qolsuorsi nəqliyyat sahəsində işləmək üçün təhsilini yarımçıq qoyub. Səyahətləri zamanı o dövrdə ticarət gəmisində işləyən Cozef Konradla dost olub. 1895-ci ildə Konradın ilk romanı “Almayer’s Folly nəşr olunub, iki il sonra isə “From The Four Winds" adlı hekayələr toplusu işıq üzü görüb.

Franz Kafka
1906-cı ildə Çarlz-Ferdinand Universitetini hüquq doktoru ixtisasını bitirdikdən sonra bir müddət ödənişsiz işləyib. 1907-ci ildə doqquz ay müddətinə bir sığorta şirkətində çalışsa da, ağır iş rejiminə dözə bilmədiyi üçün işdən ayrılıb və nəhayət, yazmağa vaxt ayıra bilib.
Daha sonra, Sənaye Zərəri İnstitutunda vergi müfəttişi kimi fəaliyyət göstərib və 1911-ci ildə bir fabrikin təsisçilərindən biri olub.

Cek London
London gənc yaşlarında San-Fransiskodakı istiridyə fermalarından istiridyə oğurlayaraq onları Oakland bazarlarında satmağa başlayıb. Bir gün qayığı bərpaolunmaz dərəcədə zədələnəndə Kaliforniya Balıqçılıq Patrulunda işə düzəlib və 1896-cı ildə Oaklandda liseyə başlayana qədər Sakit okeanda ovçuluqla məşğul olub.

Vladimir Nabokov
Nabokov universitetdə aldığı təhsildən sonra Müqayisəli Zooloji Muzeydə kurator kimi çalışıb.
O, kəpənəklər və güvələr haqqında daha geniş yazılar yazmaq üçün hər yay arvadı Vera ilə ölkəni gəzib.
1955-ci ildə yazdığı bir layihəni yandırmağa çalışarkən arvadı Vera onu dayandırıb və həmin layihə daha sonra “Lolita” adı ilə nəşr olunub.

Orxan Kamal
1931-ci ildə atası siyasi səbəblərlə Suriyaya köçdükdən sonra orta təhsilini yarımçıq qoyan Orhan Kamal Suriyada qabyuyan və çap işçisi kimi çalışıb. Daha sonra Türkiyəyə qayıdaraq Adanada iplik emalı fabrikində işə başlayıb və burada tanış olduğu Nuriye ilə 1937-ci ildə evlənib.