Praqada Novruz bayramı qeyd olunub

Praqada Novruz bayramı qeyd olunub
18 mart 2025
# 09:45

Azərbaycanın Çex Respublikasındakı səfirliyi və diaspora fəalları tərəfindən ölkədə təhsil alan azərbaycanlı tələbələr üçün "Novruz xonçası" aksiyası keçirilib.

Kulis.az xəbər verir ki, Praqanın tarixi mərkəzində yerləşən "BakuLounge"da təşkil olunan aksiyada iştirak edən bütün tələbələrə ənənəvi bayram şirniyyatlarından ibarət Novruz xonçaları paylanılıb.

Tədbirin açılışında çıxış edən səfir Yaşar Əliyev iştirakçıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Qeyd edək ki, gün ərzində keçirilən aksiyaya Çexiyada təhsil alan yüzə yaxın azərbaycanlı və xarici tələbə qatılıb.

# 95 dəfə oxunub

Müəllifin son yazıları

# # #