Post-prodakşn müsabiqəsinin qalibləri açıqlandı

Post-prodakşn müsabiqəsinin qalibləri açıqlandı
19 aprel 2025
# 13:00

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və ARKA-nın post-prodakşn mərhələsində olan filmlərlə bağlı “2025-ci il üzrə filmlərə dəstək müsabiqəsi”nin qalibləri açıqlanıb.

Kulis.az xəbər verir ki, müsabiqəyə təqdim edilmiş 21 film layihəsinin Bədii Şurada qiymətləndirilməsi aparılıb və Şura 13 film layihəsinə maliyyə dəstəyinin göstərilməsi barədə müsbət qərar verilib.

Maliyyə dəstəyi ümumilikdə 4 animasiya, 4 bədii, 5 sənədli film layihəsi olmaqla 10 istehsalçı şirkət üçün nəzərdə tutulub.

Qalib layihələrdən 4-ü yerli şirkətlərin xarici şirkətlərlə birgə istehsalıdır.

Qeyd edək ki, müsabiqədə qalib gəlmiş 13 film layihəsinə ümumilikdə 232 769 manat vəsait ayrılıb.

# 90 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #