Pompeydə Zevsə hədiyyə edilən 2500 illik balın sirri açıldı

Pompeydə Zevsə hədiyyə edilən  2500 illik balın sirri açıldı
5 avqust 2025
# 10:50

İtaliyanın Pompey şəhəri yaxınlığındakı qədim yunan məbədində tapılan naməlum maddənin nə olduğu illər sonra ortaya çıxıb.

Kulis.az xəbər verir ki, Oxford Universitetinin tədqiqatçıları 1954-cü ildə Paestumdakı qazıntılarda tapılan maddənin 2500 illik bal olduğunu müəyyənləşdiriblər.

Mürəkkəb kimyəvi analizlər nəticəsində bu maddənin bal və balmumu qarışığı olduğu, zamanla şəkərlərin parçalanaraq fərqli bir quruluşa çevrildiyi məlum olub.

Qədim Yunanlarda bal yalnız qida deyil, həm də ölümsüzlüyün simvolu və dini rituallarda mühüm element kimi istifadə olunurdu.

Alimlərə görə, bu tapıntı qədim dövr insanlarının inancı, qida mədəniyyəti və kimyəvi dünyası haqqında yeni baxışlar təqdim edir.

Qeyd edək ki, tədqiqatın nəticələri "Journal of the American Chemical Society" jurnalında dərc edilib.

# 177 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər