“Planet ilə söhbət” sərgisinin açılışı oldu

“Planet ilə söhbət” sərgisinin açılışı oldu
16 noyabr 2024
# 17:47

Şirvanşahlar Sarayında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Planet ilə söhbət” adlı ekoyaradıcılıq sərgisi açılıb.

Kulis.az xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və Bakı Avropa Liseyinin nəzdində fəaliyyət göstərən “Sərhədsiz Diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin təşəbbüsü ilə hazırlanan sərginin əsas məqsədi insanların təbiət qarşısında olan məsuliyyətini nəzərə çatdırmaqdır.

Sərgidə 8-11 yaşlı uşaqların əl işləri nümayiş olunur. Həmin əsərlər vasitəsilə uşaqların təbiətə olan sevgisi və qayğısı, eləcə də Yer kürəsinin ekoloji problemləri özünəməxsus şəkildə ifadə olunur. Sərginin “Mənim xoşbəxt dünyam” adlı bölməsində gənc yaradıcılardan hər biri, təbiətdə baş verən dəyişikliklərə və ekoloji böhrana dair öz baxışlarını fərqli formalarla təqdim edir.

“Planet ilə söhbət” sərgisi noyabrın 30-dək davam edəcək.

# 417 dəfə oxunub

Müəllifin son yazıları

# # #