Pişik Leopoldun yaradıcısı vəfat etdi

Pişik Leopoldun yaradıcısı vəfat etdi
30 yanvar 2023
# 11:50

Məşhur cizgi film qəhrəmanlarından olan "Pişik Leopold"ı yaradan quruluşçu rəssam Vyaçeslav Nazaruk vəfat edib.

Kulis.az xəbər verir ki,bu barədə “Soyuzmultfilm” kinostudiyasının baş redaktoru Sergey Kapkov məlumat yayıb. Bildirilib ki, Nazaruk 81 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, rəssam “Pişik Leopold”la yanaşı “Mamont üçün ana”, “Körpə yenot”, “Bəbir üçün ev” cizgi filmlərinin sevilən personajlarını yaradıb.

# 917 dəfə oxunub

Müəllifin son yazıları

# # #