Pikassonun sevgilisi: "Mənimlə vəhşi kimi davranırdı..."

Fransuaza Gilot, rəssam

Fransuaza Gilot, rəssam

26 yanvar 2022
# 10:40

Məşhur rəssam Pikassonu tərk edən yeganə qadın kimi tanınan Fransuaza Gilot illər sonra münasibətlərindən danışıb. Rəssam Gilot Pikassonun onunla çox qəddar davrandığını deyib.

Kulis.az türk mediasına istinadla xəbər verir ki, Pablo Pikasso ilə 10 illik sevgili münasibəti ilə tanınan və indi 100 yaşında olan fransız rəssam Fransuaza Gilot ispan rəssamın vəhşiliklərinə məruz qaldığını açıqlayıb. “The New York Times” qəzetinə verdiyi müsahibədə Gilot 21 yaşında Parisdə 61 yaşlı Pikasso ilə görüşdükdən sonra sənətçinin evini bölüşmək dəvətini qəbul etməsi ilə həyatının dəyişdiyini bildirib.

Fotoqraf Dora Maardan ayrılan Pikasso o vaxt rus rəqqasə Olqa Xoxlova ilə də evli idi. Pikasso Gilotu rəsm çəkməyə həvəsləndirdi, ona öz atelyesini verdi. Pikassonun mühasibi və tərcüməçisi, daha sonra isə iki uşağının anası olan Gilot, rəssamın münasibətlərində böyük həssaslıq göstərdiyini, eyni zamanda onu yırtıcı vəhşiliklərə məruz qoyduğunu izah etdi.

Maneələrin münasibətlərdə faydalı olduğunu vurğulayan Fransuaza Gilot qadının ən məxfi fikirlərini hətta ərindən belə saxlamalı olduğunu bildirib. Pikassonun ən uzun müddət münasibətdə olduğu şəxs Gilot həm də rəssamdan ayrılan yeganə qadın kimi tanınır.

İncəsənət tənqidçiləri bildirirlər ki, 1953-cü ildə münasibətləri bitəndə Pikasso sənət dilerlərinə Gilotun əsərlərini almamağı tapşırıb və bununla da fransız rəssamının karyerasını qısaldıb.

Canlı ikona və 100 yaşlı cazibədar “gənc” qadın kimi tanınan Gilotun əsərləri bu gün milyonlarla dollara satılır.

# 1867 dəfə oxunub

Müəllifin son yazıları

# # #