#

Pikassonun indiyə qədər məlum olmayan əsəri tapıldı

Pikassonun indiyə qədər məlum olmayan əsəri tapıldı
4 oktyabr 2024
# 14:06

İtaliyada Pikassonun indiyə qədər məlum olmayan əsəri tapılıb.

Kulis.az xəbər verir ki, əsər yemək otağının divarında əlli ildən çox asılsa da, ev sahibləri onun kimə aid olduğunu bilməyiblər.

Luici Lo Rosso adlı şəxs həmin əsəri 1962-ci ildə Kapri adasındakı atılmış evin zirzəmisini təmizləyəndə, köhnə əşyaların arasından tapıb. Onu sadə çərçivəyə salıb evinin yemək otağından asıb.

Hətta həyat yoldaşı bir neçə dəfə rəsmi tullamaq da istəyib.

Rəsm əsərində Pikassonun imzası olsa da, incəsənətdən uzaq adamlar olduğu üçün ailədə bununla maraqlanmayıblar.

Bir dəfə Luici Lonun oğlu Andrea təsadüfən incəsənət eksiklopediyasını vərəqləyəndə Pikassonun əsərlərini görüb və evlərindəki rəsmin də həmin üslubda çəkildiyinə fikir verib.

Mütəxəssislər əsərin Pikassoya aid olmasını təsdiqləyiblər. Rəsm əsəri altı milyon yevro dəyərində qiymətləndirilib.

Məlum olub ki, Pikasso əsərdə sevgilisi və ilham pərisi olan rəssam Dora Maarı təsvir edib.

# 116 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #