Aktrisa Pərvin Abıyevanın ölkədən çıxışına qadağa qoyula bilər.
Kulis.az lent.az-a istinadən xəbər verir ki, aktrisanın fərdi sahibkar kimi dövlət büdcəsinə vergi borcu yaranıb. Borc ödənmədiyi üçün Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Dövlət qurumu məhkəməyə müraciətində borc ödənmədiyi halda aktrisanın Azərbaycandan çıxışına qadağa qoyulmasını xahiş edib.
Pərvinin ölkədən çıxışına qadağa qoyula bilər
9 dekabr 2023
13:00
911 dəfə oxunub