Yazıçı-publisist Pərvanə Bayramqızının "Asan çətinliklər" adlı kitabı İranın Miandoab şəhərində "Tərz" nəşriyyatında çap olunub.
Kulis.az xəbər verir ki, mətnləri əski əlifbaya Əli Aslani çevirib.
Naşirin bildirdiyinə görə, təqdimat mərasimi Cənubi Azərbaycanın Təbriz şəhərində keçiriləcək.
Qeyd edək ki, “Asan çətinliklər” yazıçının sayca beşinci kitabıdır. O, bundan başqa “Qəlbimin istəkləri”, “Yaza bilməyən yazıçı”, “Karantin zədəsi”, “Bir də gördüm...”, “Siz harada yaşayırsınız?” kitablarının müəllifidir.