Paris Olimpiadasından filmə: "Killer" rolunda çəkiləcək

Paris Olimpiadasından filmə: "Killer" rolunda çəkiləcək
21 sentyabr 2024
# 10:39

Parisdə keçirilən Olimpiya Oyunlarının gümüş mükafatçısı koreyalı Kim Ye Ji filmə çəkiləcək.

Kulis.az xəbər verir ki, 32 yaşlı idmançının debütü “Crush” adlı mini serialda sui-qəsdçi rolu olacaq. Serialda məşhur hind aktrisası Anuşka Sen də rol alacaq.

Bundan əvvəl Kim Ye Ji “Vogue Korea” moda jurnalı üçün fotosessiyada iştirak edib.

Kim Ye Ji 10 metr məsafəyə pnevmatik tapança ilə atəşaçma yarışında Paris Olimpiadasında gümüş medal qazanıb, həmçinin 25 metr məsafəyə qaçışda dünya rekordu vurub. O, atıcılıq meydançasında üslubu və soyuqqanlılığı ilə populyarlıq qazanıb. Türk atıcı Yusuf Dikec ilə birlikdə sosial mediada ən yaxşı olimpiya ulduzlarından birinə çevrilib.

# 581 dəfə oxunub

Müəllifin son yazıları

# # #