Parfenon məbədindən dayaq konstruksiyaları götürüldü

Parfenon məbədindən dayaq konstruksiyaları götürüldü
15 oktyabr 2025
# 13:20

Yunanıstanın Afina şəhərində yerləşən Parfenon məbədi 20 illik təmir işlərindən sonra müvəqqəti olaraq dayaq konstruksiyalarından azad edilib və ziyarətçilər abidəni tam görünüşü ilə görə bilirlər.

Kulis.az xəbər verir ki, eradan əvvəl 5-ci əsrə aid bu tarixi abidənin üzərindəki dəmir dayaqlar estetikanı müəyyən dərəcədə gizlətsə də, təmir işləri üçün zəruri idi.

Dayaq konstruksiyalarının yenidən qurulması planlaşdırılır və restavrasiya işlərinin 2026-cı ilin yazına qədər tamamlanması gözlənilir.

Qeyd edək ki, sözügedən məbədi 2024-cü ildə təxminən 4,5 milyon turist ziyarət edib.

# 152 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər