Pablo Pikassonun əsəri ilk dəfə hərraca çıxarılacaq

Pablo Pikassonun əsəri ilk dəfə hərraca çıxarılacaq
11 aprel 2022
# 10:00

“Sotheby's” hərrac evi İspan rəssamı Pablo Pikassonun (1881-1973) "Uzanmış çılpaq" tablosunu mayın 17-də Nyu-Yorkda hərraca çıxaracaq.

Kulis.az xəbər verir ki, hərrac evinin ekspertləri tablonun ən azı 60 milyon dollara satılacağını gözləyir.

“Pablo Pikassonun bu vaxtadək hərraca çıxarılmayan “Uzanmış çılpaq” əsəri rəssamın 1932-ci ildə yaratdığı ən heyrətamiz əsərlərindən biri sayılır. Sürrealizmin fantastik obrazlarından və sevgilisinə olan ehtirasından ilhamlanan Pikassonun bu tablosu rəngarəng ştrixlər və ifadəli plastika ilə zəngindir”, - deyə “Sotheby's” hərrac evində bildirilib.

# 1508 dəfə oxunub

Müəllifin son yazıları

# # #