“Ozan dünyası”nın yeni sayı çapdan çıxdı

“Ozan dünyası”nın yeni sayı çapdan çıxdı
14 sentyabr 2023
# 14:35

“Ozan dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin nəşri olan “Ozan dünyası” jurnalının yeni sayı çapdan çıxıb.

Kulis.az xəbər verir ki, jurnal Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Xalq şairi Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poemasından bir parça ilə açılır.

Oxucular bu sayda ictimai xadim Həsən Həsənovun ustad aşıq Hüseyn Saraçlı ilə bağlı xatirələri, hazırda Türkiyədə fəaliyyət göstərən alim Afina Barmanbayın “Şair Ağacan və “Türkiyə səfəri”nin üç variantı”, araşdırmaçı jurnalist Kənan Aydınoğlunun “Aşıq Şəmşirdən ustad Şəmşirə qədər yol”, aşıq Atlıxan Alxanovun “Xatirələrdə yaşayan laçınlı Aşıq Şakir” adlı məqalələri, şair-publisist Əkbər Qoşalı ilə müsahibə, eləcə də ustad aşıq və sazbəndlərlə bağlı digər yazılarla tanış ola biləcəklər. Jurnalda, həmçinin poeziya nümunələrinə də yer ayrılıb.

Qeyd edək ki, jurnalın baş redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

# 916 dəfə oxunub

Müəllifin son yazıları

# # #