"Oskarlı" aktyorun yeni filmi yayımlandı

"Oskarlı" aktyorun yeni filmi yayımlandı
14 avqust 2025
# 13:10

Oskar mükafatlı məşhur aktyor Kilian Mörfinin yeni filmi, Britaniya istehsalı "Steve"nin treyleri yayımlanıb.

Kulis.az xəbər verir ki, sənətçi filmdə psixi sağlamlıq problemləri ilə mübarizə aparan və “Son şans” islah məktəbindəki şagirdlərə kömək etməyə çalışan bir müəllim rolunu canlandırır.

Ekran əsəri Maks Porterin "Sunday Times"da ən çox satılan romanı "Shy"ın yenidən təsvirinə əsaslanır.

Tim Mielantsın rejissoru olduğu "Steve" layihəsi 19 sentyabrdan etibarən seçilmiş kinoteatrlarda nümayiş olunacaq.

Qeyd edək ki, film oktyabrın 3-də "Netflix"də də yayımlanacaq.

# 184 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər