“Oskar” mükafatlı aktrisa, 76 yaşlı Syuzan Sarandon Nyu-Yorkda keçirilən etiraz aksiyasında saxlanılıb.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, aktrisa Kapitolidə keçirilən restoran işçilərinin minimum əməkhaqqının artırılması ilə bağlı etiraz aksiyasında iştirak edib. Aksiyaya səbəb isə restoran işçilərinin minimum əməkhaqqının saatda 17 dollara qədər artırılması üzrə yeni ştat qanunvericiliyinə daxil edilməməsi olub.
“Onlar (restoran işçiləri) çox önəmli insanlardır və onlara ləyaqətlə yanaşılmalıdır. Həm də təkcə gördükləri ağır işə görə deyil”, - deyə Syuzan Sarandon mitinqdə ictimaiyyət qarşısında çıxış edərkən bildirib.
Aktrisa “Vahid ədalətli maaş” təşkilatının saxlanılan səkkiz fəalı arasında olub. Ona və tərəfdaşlarına cərimə tətbiq olunduqdan sonra sərbəst buraxılıblar.