Orxan Həsəninin yeni kitabı çap olundu

Orxan Həsəninin yeni kitabı çap olundu
17 may 2023
# 15:08

Gənc yazıçı Orxan Həsəninin "Və dalğalandı yaddaş tarlası" adlı romanı çap olunub.

Kulis.az xəbər verir ki, bu, müəllifin sayca ikinci kitabıdır.

Roman səkkiz nəfər tələbə yoldaşın Körpükənd adlı xəyali şəhərə yay istirahətinə yollanması ilə başlayır. Burada siyasi məqalələr yazan jurnalistin gözlənilməz ölümü hər şeyi alt-üst edir. Təsadüfən hadisələrin ortasına düşən gənclər vəziyyətdən baş çıxartmağa çalışırlar.

Müxtəlif nəsr texnikaları ilə yazılan roman ədəbi mühitdə maraqla qarşılanıb.

# 1610 dəfə oxunub

Müəllifin son yazıları

# # #