Orxan Əyyubun yeni kitabı çap olundu

Orxan Əyyubun yeni kitabı çap olundu
31 yanvar 2024
# 18:18

Orxan Əyyubun "Külək gülü" adlı yeni romanı çap olunub.

Kulis.az xəbər verir ki, 508 səhifəlik kitab "Alatoran" nəşriyyatı tərəfindən nəşr edilib.

Orxan Əyyub beş ilə yazdığı bu romanda təkcə həyatı, yuxuları, xatirələri, gerçək və uydurduğu tarixi yox, həm də ədəbi janrları və üslubları iç-içə keçirir, Nizami Gəncəvinin "Xosrov və Şirin", Dante Alighieri’nin "İlahi komediya" poemaları başda olmaqla, bir çox bədii mətni "darıxmaq hissinin paytaxtı" adlandırdığı Bakıda yenidən yaradır.

Qeyd edək ki, kitabın redaktoru Nərmin Mirzəyevadır.

# 1085 dəfə oxunub

Müəllifin son yazıları

# # #