Orxan Adıgözəlovun filmi nümayiş olunacaq

Orxan Adıgözəlovun filmi nümayiş olunacaq
11 dekabr 2023
# 19:00

Dekabrın 12-də, saat 19:00-da "Azerbaijan" CinemaPlus-da Orxan Adıgözəlovun "Nigaran" qısametrajlı sənədli filmi nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, film 1969-2012-ci illərdə Azərbaycanda çəkilmiş bir neçə məşhur animasiya filminin rejissoru, rəssamı və animatoru olmuş Elçin Hami Axundovun film-portretidir.

Onun müəllifi olduğu filmlər arasında "Cırtdan", "Pıspısa xanım və Siçan bəy", “Humayın yuxusu”, ”Güzgü", "Söhbətül-əsmar" kimi əfsanəvi animasiya filmləri var.

Müəllif bu filmdə qəhrəmanın keçmiş və gələcəklə bağlı qayğı və qorxularını göstərməyə çalışır.

# 569 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #