“Orqan musiqisi axşamı” adlı konsert keçirildi

“Orqan musiqisi axşamı” adlı konsert keçirildi
25 iyun 2023
# 16:15

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalının səhnəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş musiqi tədbirləri çərçivəsində "Orqan musiqisi axşamı" adlı konsert keçirilib.

Kulis.az xəbər verir ki, konsertdə Əməkdar incəsənət xadimi Rasimə Babayeva (orqan), Azərbaycan Respubliksının Əməkdar artistləri Nərgiz Əliyeva (piano),Rena Rəhimova (viola), solistlər Fidan Dəmirova (vokal) və Nigar Məmmədova (orqan) öz ifalarını dinləyicilərə təqdim ediblər.

Proqramda Azərbaycan və avropa bəstəkarların əsərləri səslənib.

Qeyd edək ki, layihənin bədii rəhbəri Əməkdar incəsənət xadimi, professor Rasimə Babayevadır.

# 836 dəfə oxunub

Müəllifin son yazıları

# # #