Orkestrin növbəti konserti Beynəlxalq Qadınlar Gününə həsr olundu

Orkestrin növbəti konserti Beynəlxalq Qadınlar Gününə  həsr olundu
6 mart 2026
# 14:30

Beynəlxalq Muğam Mərkəzində Əməkdar kollektiv, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin 95 illiyi çərçivəsində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr edilən konsert proqramı təqdim olunub.

Kulis.az xəbər verir ki, konsertdə dirijor və Prezident mükafatçısı Mustafa Aşurovun rəhbərliyi ilə Azərbaycan və dünya xalqlarının rəqs incilərindən ibarət zəngin musiqi proqramı səsləndirilib.

Proqramda milli bəstəkarların əsərləri, eləcə də müxtəlif xalqların rəqs melodiyaları tamaşaçılara təqdim olunub.

Konsertdə Əməkdar artist Gülüstan Əliyeva, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti Nurlana Abdullayeva, beynəlxalq və respublika müsabiqələri laureatları Aysu Sadıqova və digər ifaçılar çıxış ediblər.

Qeyd edək ki, bu il Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin yaranmasının 95 ili tamam olur. İl ərzində təşkil olunacaq konsertlər orkestrin 95 illik yubileyinə həsr edilmiş tədbirlər planı çərçivəsində davam etdiriləcək.

# 83 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər