Operator İzzət Əzizov vəfat etdi

Operator İzzət Əzizov vəfat etdi
14 avqust 2023
# 11:45

Kino və televiziya operatoru İzzət Əzizov vəfat edib.

Kulis.az xəbər verir ki, İzzət Əzizov uzun müddət Azərbaycan televiziyasında çalışıb, bir çox sənədli və bədii televiziya filmlərinin operatoru olub.
O, "Halallıq" (1991, tammetrajlı film-tamaşa), "36 kadr" (1996, qısametrajlı bədii film),"Yaz yuxusunun işığı" (1996, tammetrajlı film-tamaşa) "Qobustan" (1997, qısametrajlı sənədli televiziya filmi) tanınmış filmlərin operatoru olub.

# 1630 dəfə oxunub

Müəllifin son yazıları

# # #