İtaliyalı opera müğənnisi və aktrisası İrma Kapeçe Minutolo 87 yaşında vəfat edib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, sənətçinin ölüm səbəbi hələ açıqlanmayıb.
Minutolo 6 avqust 1935-ci ildə Neapolda anadan olub. Opera müğənnisi kimi fəaliyyətə başlayıb.
- Sərdar Aminə ağır itki üz verdi
- Məşhur film rekord gəlir qazandı
- Regionlararası onlayn musiqi müsabiqəsinə start verildi
Kapeçe Minutolo opera karyerası ilə yanaşı, "Milanda Neapol", "Siamo Ricci və İnan", "Gənc Toskanini", "Boom" bir neçə filmdə rol alıb.
16 yaşından Misir kralı I Faruk ilə münasibətdə olub. Tədqiqatçılar onun kralla evliliyi faktını şübhəli hesab ediblər.
"Time" jurnalı kralın sağlığında müğənnini Farukun sevgilisi kimi göstərib.