“Opera günləri” çərçivəsində opera forumu keçirilib

“Opera günləri” çərçivəsində opera forumu keçirilib
11 iyun 2025
# 17:30

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşkilatçılığı ilə “Opera günləri” layihəsi çərçivəsində Azərbaycan Milli Xalça Muzeyində opera forumu keçirilib.

Kulis.az xəbər verir ki, tədbir zamanı Azərbaycan opera sənətinin formalaşması və inkişafının yaranma tarixindən tutmuş müasir şərhlərə qədər müxtəlif aspektlərini üzə çıxaran məruzələr dinlənilib.

Tədbiri giriş nitqi ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirəzqızı açıb.

Qeyd edək ki, forumda Azərbaycan Bəstəkarlar İttifaqının katibi, elmlər doktoru, dosent Leyla Zöhrabova da məruzə ilə çıxış edib.

# 117 dəfə oxunub

Müəllifin son yazıları

# # #