Oğuzhan Uğurla bağlı araşdırma başladıldı

Oğuzhan Uğur

Oğuzhan Uğur

13 fevral 2023
# 10:00

Polis sosial media fenomeni Oğuzhan Uğurla bağlı araşdırmaya başlayıb.

Kulis.az xəbər verir ki, buna səbəb onun Kahramanmaraş və Hatayda bənd divarlarının partlaması ilə bağlı etdiyi paylaşım olub. Prokurorluq Oğuza aid olan “BaBala TV” sosial media hesabının zəlzələdən zərərçəkənlər arasında qorxu və çaxnaşmaya səbəb olan video yayımladığını bildirib. Fenomen "ictimaiyyəti çaşdıran məlumat yaymaq"da ittiham edilir.

İstanbul Respublika Prokurorluğu Kahramanmaraş Pazarcıkda iki zəlzələdən sonra Kumçatı kəndində bəndin çatladığını və Hatay Yarseli Barajının divarının çatladığını sosial mediada paylaşan digər şəxslərlə də bağlı araşdırma başladıb.

# 2298 dəfə oxunub

Müəllifin son yazıları

# # #